Dünya
25-05-2023, 10:14
546
"Ukrayna əks-hücum əməliyyatına başlayıb" - Podolyak
Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə qarşı əks-hücum əməliyyatına başladığını bildirib.
O, bu barədə "Rai 1" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Ukrayna əsgərləri bir sıra ayrı-ayrı əməliyyatlar aparır: “Bir neçə gündür əks-hücum davam edir, bu müharibə sərhəd boyu 1,5 min kilometrə qədər uzanır, lakin artıq ayrı-ayrı əməliyyatlar başlayıb”.
Həmçinin, Podolyak Kiyev Qərb ölkələrinin ona verdiyi silahlardan yalnız özünün hesab etdiyi ərazilərdə hərbi əməliyyatların aparılması üçün istifadə etmək niyyətində olduğunu açıqlayıb.
O, müttəfiqləri F-16 qırıcılarını Kiyevə köçürməyə çağırıb. Siyasətçi qeyd edib ki, Ukrayna ordusuna hava məkanını bağlamaq üçün döyüş təyyarələri lazımdır.