İran 2000 km mənzilli ballistik raketini təqdim etdi
25-05-2023, 13:37
872

İran 2000 km mənzilli ballistik raketini təqdim etdi

İran "Xeybər" adlı ən son ballistik raketini nümayiş etdirib. 
İRNA xəbər verir ki, raket İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri, general Məhəmməd-Rza Aştianinin iştirakı ilə Xürrəmşəhrin Qurtuluş Günü münasibətilə keçirilən mərasimdə təqdim edilib.
"Xürrəmşəhr" raket ailəsinin ən son versiyası olan "Xeyber" raketi 2000 km uçuş məsafəsinə malik maye yanacaqla işləyən raketdir. O, 1500 kq-a qədər çəkisi olan döyüş başlığını daşıya bilir. 

Oxşar xəbərlər