Bu ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı
25-05-2023, 15:14
859

Bu ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı

Bu gün Almaniya, Danimarka və İsveçin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, XİN-ə çağırılan diplomatlara “Şimal axını”nda təxribat törədildiyini iddia edən bu ölkələrin hakimiyyət orqanları tərəfindən aparılan “araşdırmaların nəticəsiz qalması və istintaq hərəkətlərinin şəffaflığını təmin edilməməsi” ilə bağlı kəskin etiraz bildirilib.

Oxşar xəbərlər