Xoruz döyüşdürən şəxslər 10 min manat cərimə olundu
25-05-2023, 17:06
6 809

Xoruz döyüşdürən şəxslər 10 min manat cərimə olundu

Türkiyənin Diyarbakır vilayətinin Bismil rayonunda Alman Hind Xoruzlarını Qoruma və Yaşaış Dərnəyinə polis basqını edilib. 
Türkiyə mətbuatı xəbər verir ki, basqında xoruz döyüşdürən 29 nəfərə 117 min 595 TL (təxminən 10 min manat) pul cəzası kəsilib.
Dərnəyin rəhbərinə qumar oynamaq üçün imkan yaratdığına görə cinayət işi açılıb. 
Döyüşdürülən xoruzlar müalicə olunmaq üçün rayon Kənd Təsərrüfatı və Meşə Müdirliyinə verilib. 

Oxşar xəbərlər