Yuxuda toyuq görmək nə vəd edir?
25-05-2023, 18:23
7 017

Yuxuda toyuq görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 
Yuxularda bir çox insanı görürük. Bunlardan biri də heyvanlardır. Bəs, yuxuda toyuq  görmək nə vəd edir? 
Yuxuda toyuq görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edirik:
Yuxuda toyuq görmək müvəqqəti cansıxıcılıq deməkdir. Yuxu yozanların fikrincə, bu yuxunun mənası yuxu sahibinin işlərinin bir müddət dayanacağı və arzuladığı kimi getməyəcəyi deməkdir. Ancaq yuxuda görülən toyuğun rəngindən asılı olaraq bu yozumlar dəyişə bilər. 
Yuxuda diri toyuq görmək insanın həyatı boyu qazandığı uğurlara işarə edir. Yuxuda diri toyuq görməyi zamanla əldə edilən uğur kimi də yozmaq olar. 
Yuxuda evdə tüksüz diri toyuq görmək dəyişdirilməsi lazım olan vəziyyətlərə dəlalət edir. Xəyalpərəstin öz həyatında dəyişiklik etməli olduğunu bildirir. 
Yuxuda ağ tüklü toyuq görmək yuxu sahibini nişan və evlilik gözlədiyinin xəbərçisidir. Evli şəxslərin isə ailəsində müsbət tendesiyaların olacağına işarədir. 
Yuxuda qara toyuq görmək yeni bir sevgiyə yelkən açacağınıza dəlalət edir. Yuxu yozanlar bildirir ki, yuxu xəyalpərəstin cinsiyyətindən asılı olaraq yozulur. Belə ki, yuxu görən kişidirsə, bu həmin şəxsin münasibətə başlayacağına, qadındırsa, işlərində uğur əldə edəcəyinə işarədir. 
Yuxuda diri toyuq kəsmək insanın bilmədən günah işləyəcəyi ilə bağlıdır. Bu həm də onların oğurluqla qarşılaşacaqlarının xəbərçisi də ola bilər. Yuxu görənin çox diqqətli və ətrafındakı insanlarla düzgün münasibət qurulmalı olmasında fayda var. 

Oxşar xəbərlər