Rusiyada təhsil müəssisəsi karantinə alındı
26-05-2023, 10:38
672

Rusiyada təhsil müəssisəsi karantinə alındı

Rusiyada paytaxt universitetlərindən biri olan Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunda qızılca xəstəliyi epidemiyası qeydə alınıb.
Universitet bu səbəbdən karantinə alınıb.
Məlumata görə, mayın 25-də tələbə və müəllimlərə karantin barədə elan edilib, 26-da isə qüvvəyə minəcək və ən azı iyunun 9-dək davam edəcək. Bu müddət ərzində tədris prosesi distant rejimdə aparılacaq.
Mənbə: MK.ru

Oxşar xəbərlər