Məşhur aktrisadan şok açıqlama – Hollivud qadınlara amansızdır
26-05-2023, 11:25
688

Məşhur aktrisadan şok açıqlama – Hollivud qadınlara amansızdır

Hollivud ulduzu Eva Lonqoria 76-cı Kann Kinofestivalına rejissor kimi qatılıb. 
Xarici media xəbərinə görə, festivala “Flamin Hot” filmini təqdim edən məşhur ulduz Hollivudda qadın və kişilərə eyni münasibət göstərilmədiyini, cinsi ayrıseçkiliyə yol verildiyini bildirib.
48 yaşlı  Latın amerikalı Eva bildirib ki, Hollivudda qadın rejissorlara qarşı amansız davranış var. “Ən kiçik uğursuzluğu belə sənə bağışlamır, məhv etməyə çalışırlar. Filmimin büdcəsi az sayılmaz. Düzdür, 100 milyon deyildi, amma 2 milyon da deyildi. Bir Latın amerikalı qadının ən son rejissorluq etdiyi film 20 il öncə olub. İmkan vermək istəmirlər. Mən iki qat daha ucuz, iki qat daha sürətli, iki qat daha məsuliyyətlə çalışmalıyam ki, özümü sübut edə bilim”,- deyə aktrisa şikayətlənib.

Oxşar xəbərlər