Arvadını küçədə bıçaqlayıb intihara cəhd etdi
26-05-2023, 15:37
1 061

Arvadını küçədə bıçaqlayıb intihara cəhd etdi

Moskva vilayətində kişi arvadına bıçaqla hücum edib, sonra isə özünü öldürmək istəyib.
Rusiya mediası bildirir ki, hadisə mayın 25-də İstranın Dərnə kəndindəki mağazanın yaxınlığında baş verib. Məlumata görə, ər-arvad arasında münaqişə olub. Bundan sonra kişi arvadını yoldan keçənlərin gözü qarşısında bıçaqlayıb. Vaxtında göstərilən tibbi yardım sayəsində zərərçəkmişi xilas etmək mümkün olub. O, huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan sonra kişi intihara cəhd edib və onu saxlamağa çalışan polisin üzərinə hücum edib. Nəticədə asayiş keşikçisi xidməti silahdan istifadə etməli olub.
Bıçaq və güllə yaraları alan şəxs xəstəxanaya çatdırılıb. Müəyyən edilib ki, kişi psixi pozğunluqdan əziyyət çəkir.

Oxşar xəbərlər