Saxladığı 40 timsah kişini parçaladı
26-05-2023, 16:32
6 979

Saxladığı 40 timsah kişini parçaladı

Kambocada timsah ferması işlədən 72 yaşlı kişi saxladığı heyvanlar tərəfindən vəhşicəsinə öldürülüb.
Xarici media xəbər verir ki, Luan Nam adlı 72 yaşlı fermeri timsahlar öldürüb. Yerli mətbuatın çəkdiyi həmin anlar dəhşəti üzə çıxarıb.
Hadisə yerinə gələn polis rəisi Mey Savri bildirib ki, qoca kişi timsahı qəfəsdən çıxararkən hücuma məruz qalıb.
Digər timsahların birdən-birə hərəkətə keçdiyini bildirən Savri, bədbəxt hadisənin necə baş verdiyini hadisə şahidlərindən öyrəndiklərini söyləyib.
Hadisənin yerli vaxtla səhər saat 5-də baş verdiyi və Namın 40 timsah tərəfindən yeyildiyi bildirilib.
Məlumata görə, Kambocada timsah yetişdirmək və satmaq olduqca normal hesab olunur. Timsahların dərisi, əti, hətta qanı da satışdadır və asanlıqla alıcı tapa bilir.
Bütün bunlar nəhəng timsah fermalarında edilir. Dünən Tayland mətbuatında çıxan xəbərlərdə bir sahibkarın sağlamlıq üçün timsah qanı satdığı, hətta özünün də bundan istifadə etdiyi üzə çıxıb. Taylandda bir stəkan timsah qanı təxminən 5 dollara (təxminən 8 manat 50 qəpik) satılır.

Oxşar xəbərlər