Serbiya Prezidenti orduya əmr verdi
26-05-2023, 16:42
7 051

Serbiya Prezidenti orduya əmr verdi

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətlə əlaqədar Serbiya ordusunu maksimum hazırlıq vəziyyətinə gətirməyi əmr edib.  
Gazeta.ru xəbər verir ki, Vuçiç Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığının ən yüksək səviyyədə artırılması haqqında sərəncam imzalayıb və onlara təcili olaraq Kosovo və Metoxiya ilə inzibati xətt istiqamətində hərəkət etməyi tapşırıb.
Bildirilir ki, ölkə rəhbəri bu addımı Kosovo polisinin Zveçan, Zubin Potok və Leposaviçdə serb əhaliyə qarşı zorakılığı səbəbindən atıb.

Oxşar xəbərlər