“HONOR” sehrin gücünü yeməklərə qatır!
26-05-2023, 17:27
7 239

“HONOR” sehrin gücünü yeməklərə qatır!

“HONOR” yeni smartfonu olan “HONOR Magic5 Pro” modelinin üstünlüklərini nümayiş etdirəcək layihəyə start verib.
Hər kəs tərəfindən bilinən bir fakt var ki, kişilər yemək bişirən zaman daha çox macəra yaşayırlar. Kişilər arasında mətbəxə maraq isə daha da artmaqdadır. Buna görə də dünyada məşhur olan aşpazlar arasında kişilər üstünlük təşkil edir. “HONOR Magic5 Pro” seriyasının əsas hədəf kütləsinin də kişilər olduğunu nəzərə alaraq, “HONOR” yeni modelini onların sevdiyi dildə, yəni yemək ilə sintez edib göstərir.
“HONOR” yeni layihəsinin təqdimatı zamanı yemək bloqeri Osman Abdullayev ilə əməkdaşlıq edib və o, Azərbaycanda satışa çıxan ilk “HONOR Magic Series” modeli ilə video hazırlayıb. Məqsəd hamı üçün daha ağıllı həyat təmin etmək missiyasını mənimsəyən bu smartfonun üstünlüklərini istifadəçilərə rahat şəkildə izah etməkdir.
Osman videoda izləyicilər üçün kişilərin sevimli yeməyi sayılan kabab hazırlayır. O, yeməyin bütün detal və iştahaaçanlığını izləyicilərə çatdırmaq üçün yeni “HONOR Magic5 Pro”nun üstün funksiyalarından istifadə edib. 50MP geniş və 50MP ultra geniş kamera, həm də 50MP telefoto kamerasından ibarət güclü üçlü əsas kamera birləşməsi burada öz gücünü göstərir. “HONOR Magic5 Pro” kamerası ilə “DXOMARK Smartphone Camera Renking”də 152 bal toplayaraq birinci yeri tutan ilk smartfon olub. “HONOR Magic5” 1800 “nit”ə qədər parlaqlıq səviyyəsi ilə hətta parlaq günəş işığı altında belə aydın görüntülər təqdim edir. Buna görə də smartfon “Ekran parlaqlığını artırma texnologiyası”nın köməyi ilə yemək hazırlananda, həmçinin küçə çəkilişləri edəndə belə öz hünərini ortaya qoyur. İstifadəçilərə fasiləsiz və üstün təcrübə yaşadan “HONOR Magic5 Pro” modelinin nümayiş etdirdiyi digər özəllik isə 66W simli və 50W simsiz “HONOR SuperCharge”ı dəstəkləməsi və tam 5100 mAh tutumlu super böyük batareyaya malik olmasıdır. Smartfonu 100% enerji ilə təmin etmək üçün 49 dəqiqə bəs edir.
“HONOR Magic5 Pro” (12GB+512GB) bütün dünyadakı istifadəçilərinə əsl flaqman smartfon təcrübəsi yaşadan “HONOR Magic Series”in son modelidir. Smartfonun qara və çəmən yaşılı rəngləri mövcuddur. Qiyməti isə 2499,99 AZN təşkil edir. İyunun 4-nə qədər “HONOR Magic5 Pro” əldə edən hər kəsə “HONOR Watch GS 3” və orijinal premium telefon qabı hədiyyə olunur.

Oxşar xəbərlər