Roma Papasının səhhəti pisləşdi
26-05-2023, 18:05
7 060

Roma Papasının səhhəti pisləşdi

Papa Fransisk yaxşı deyil, o, mayın 26-na planlaşdırılan bütün görüşləri ləğv edib. 
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Qrip xəstəliyinə görə Papa Fransisk bu gün ziyarətçiləri qəbul etməyib", - mətbuat xidməti "Twitter"də bildirib.
Bundan əvvəl, martın 29-da Papa Romadakı Aqostino Gemelli xəstəxanasına aparılıb. Səbəb soyuqdəymə olub. Ertəsi gün Vatikanın mətbuat xidməti Fransisin özünü daha yaxşı hiss etdiyini bildirmişdi.

Oxşar xəbərlər