Dünya
26-05-2023, 18:22
7 453
Di Kaprionun bu dəfə İrinadan xoşu gəlir
Amerikalı aktyor Leonardo Di Kaprio 76-cı Kann Film Festivalı zamanı rusiyalı supermodel İrina Şeyklə maraqlanmağa başlayıb.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qeyd olunur ki, 48 yaşlı Di Kaprio və 37 yaşlı İrina Şeyk “Kot d'Azur”da ən azı iki dəfə görüşüblər.
Aktyor “Çiçək ayın qatilləri” filmini təqdim edib, model isə premyerada qonaq qismində iştirak edib. Ulduzların yolları daha sonra Naomi Kempbellin ad günü partisində kəsişib.