Almaniyada təyyarə avtomobilin üzərinə düşdü: Ölən və yaralananlar var
29-05-2023, 11:01
1 193

Almaniyada təyyarə avtomobilin üzərinə düşdü: Ölən və yaralananlar var

Bazar günü Almaniyanın Vetzlar (Hessen) şəhərinin mərkəzində yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq avtomobilin üzərinə düşüb.
Yerli polisə istinadən yayılan xəbərə görə, təyyarənin pilotu yerindəcə həlak olub.
Məlumata əsasən, daha bir neçə nəfər yaralanıb. Onların arasında təyyarənin düşdüyü avtomobilin sürücüsü də var.
Hadisənin baş vermə şəraiti və qəzanın səbəbləri araşdırılır.
Mənbə: TASS

Oxşar xəbərlər