İranda sel nəticəsində 4 nəfər ÖLDÜ
30-05-2023, 10:14
828

İranda sel nəticəsində 4 nəfər ÖLDÜ

İranın Xorasan vilayətinə yağan leysan yağışları və daşqınlar insan ölümünə səbəb olub. 
İran KİV xəbər verir ki, bu barədə Şimali Xorasan Valiliyinin Böhranların İdarə Edilməsi Baş İdarəsinin rəisi Qulamrza Şəfiq bildirib. 
O, Şirvan şəhərində daha 2 nəfərin öldüyünü bildirib: "Ölənlərin sayı 4 nəfərə çatıb. Digər 2 nəfər isə Fəruc şəhərində ölüb".
Təbiət hadisəsi nəticəsində magistral yollara, avtomobillərə, infrastruktura ciddi ziyan dəyib. 

Oxşar xəbərlər