Türkiyənin Samsun şəhərini sel basdı
30-05-2023, 10:34
848

Türkiyənin Samsun şəhərini sel basdı

Türkiyənin Samsun şəhərində axşam saatlarında təsirli olan dolu və leysan həyatı iflic edib.
Vezirköprü rayonunda leysan nəticəsində meydana gələn sel səbəbindən avtomobillər yollarda qalıb, evləri, iş yerlərini su basıb.
Yerli sosial şəbəkələrdə sel sularının bir avtomobili aparmasının görüntüləri yayılıb.
Daşqın nəticəsində bir çox əkin sahələri, körpülər zədələnib.





Mənbə: Anadolu

Oxşar xəbərlər