Dünya
30-05-2023, 11:20
895
Bu ölkənin eks-prezidenti 14 il azadlıqdan məhrum edildi
El Salvadorun keçmiş prezidenti Maurisio Funes “quldur dəstələri ilə əməkdaşlıq” ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Nikaraquada yaşayan Funes cəzasını qiyabi şəkildə çəkəcək.
Qeyd edək ki, 64 yaşlı Funes ekstradisiyadan yayınmaq üçün 2019-cu ildə Nikaraqua vətəndaşı olub. 2009-2014-cü illərdə Salvador prezidenti vəzifəsində çalışmış Funes mənimsəmə, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunurdu. Funesin 4 müxtəlif cinayət üzrə orderi var.