Ermənistan qadınları pulla orduya cəlb edir
30-05-2023, 12:25
823

Ermənistan qadınları pulla orduya cəlb edir

Ermənistanda 6 ay müddətində hərbi xidmət edən qadın hərbçilərə 1 milyon dram (təxminən 4 442 manat) veriləcək. 
Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib. 
Erməni nazir parlamentin komitə iclasında qadınların hərbi xidmət şəraiti, xüsusilə qadın batalyonunun formalaşdırılması prosesi ilə bağlı məlumatında bildirib: "Əgər 6 aylıq xidmət müddəti başa çatarsa və ya səhhətlərinə görə vaxtından əvvəl buraxılsalar, onlara qonorar, 6 aylıq tam xidmət zamanı 1 milyon dram veriləcək".

Oxşar xəbərlər