İranlı aktrisa festivala boynunda kəndirlə gəldi
31-05-2023, 11:00
668

İranlı aktrisa festivala boynunda kəndirlə gəldi

İranlı kinoaktrisa Məhliqa Caberi Kann Kinofestivalında öz geyimi ilə diqqət çəkib.
Xarici media xəbərinə görə, aktrisa qırmızı xalı üzərinə dərin sinə dekoltesi və boynunda dar ağacının kəndirini andıran aksessuar olan qara libasla çıxıb.
Aktrisa bu libasıyla ölkəsindəki edamlara etirazını ifadə dib. Öz sosial şəbəkə hesabında bu libasda şəklini paylaşan aktrisa “Edamlara son qoyun!” çağırışını edib.
Məhliqa Caberinin libasının modelyeri Cila Saberdir.
Qeyd edək ki, 2023-cü ildə İranda 209 nəfər asılaraq edam edilib.


Oxşar xəbərlər