Təhlükəli yaxınlaşma: Çin döyüş təyyarəsi ABŞ kəşfiyyat təyyarəsinin önünü kəsdi
31-05-2023, 13:11
1 049

Təhlükəli yaxınlaşma: Çin döyüş təyyarəsi ABŞ kəşfiyyat təyyarəsinin önünü kəsdi

Cənubi Çin dənizi üzərində Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin önünü kəsib.
Bu barədə ABŞ Hind-Sakit Okean Komandanlığından açıqlama verilib.
Bildirilib ki, Cənubi Çin dənizi üzərində ABŞ və Çin hava qüvvələri arasında təhlükəli yaxınlaşma baş verib.
Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin önündə aqressiv manevrlər edərək onun qarşısını kəsib.
Açıqlamada verilən məlumata görə, ABŞ təyyarəsi beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirir. “ABŞ beynəlxalq hüququn icazə verdiyi hər yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, yelkən açmağa və fəaliyyət göstərməyə davam edəcək”, - deyə qeyd edilib.
Mənbə: Haber Global

Oxşar xəbərlər