Eda Ece toy gününü elan etdi
1-06-2023, 14:17
986

Eda Ece toy gününü elan etdi

Tanınmış aktrisa Eda Ece nişanlısı Buğrahan Tuncerlə evlilik gününü açıqlayıb.
Aktrisa iyunun 21-də İstanbul boğazında yerləşən “Four Seasons Bosphorus” otelində təmtəraqlı toy edəcək.
Bu gün toy üçün alış-verişə çıxan aktrisa gəlinlik seçdiyini və dəbdəbəli bir toy olacağını bildirib. Onun toyunda dostu nikah şahidliyi edəcək. Şahidlərdən biri aktrisanın yaxın rəfiqəsi müğənni və aktrisa Şevval Samdır.




Oxşar xəbərlər