Dünya
2-06-2023, 20:54
18 522
Bayden yenə yıxıldı
Hadisənin videosu artıq sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə mavi papaqlı 80 yaşlı Baydenin yıxıldıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda ayağa qaldırılması əks olunub.
Bildirilir ki, dövlət başçısı öz yerinə qayıdarkən ayağı qum torbasına ilişib.
Qeyd edək ki, ABŞ prezidenti velosiped sürərkən və ya təyyarəyə qalxarkən ara-sıra yıxılması ilə tanınır.