Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”
2-06-2023, 21:56
18 537

Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, yəhudi dövləti İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək.
İsrail Nazirlər Kabinetinin rəhbəri müvafiq videomüraciəti “Twitter”də dərc edib.
“İrana və beynəlxalq ictimaiyyətə açıq mesajım var. İsrail İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”, - Netanyahu bildirib.
Qeyd edək ki, cümə axşamı İsrailin Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı nüvə obyektində uranın 83,7% zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarını pisləyib.


 

Oxşar xəbərlər