BMT Şimali Koreyanın raket sınaqları ilə bağlı iclas keçirəcək
2-06-2023, 12:28
1 792

BMT Şimali Koreyanın raket sınaqları ilə bağlı iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə bağlı iclas keçirəcək.
Bu barədə Təhlükəsizlik Şurasının iş proqramında qeyd olunub. 
BMT Təhlükəsizlik Şurasının sədri, Birləşmiş Ərəb Əmirliklərinin daimi nümayəndəsi Lana Zəki Nusseyba qeyd edib ki, məsələ ilə bağlı bəzi ölkələr məsləhətləşmələr tələb edib.
Görüş Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

Oxşar xəbərlər