"ABŞ Rusiyanın düşməni deyil" - Blinken
2-06-2023, 15:08
7 642

"ABŞ Rusiyanın düşməni deyil" - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun Helsinki meriyasının binasında təşkil etdiyi tədbirdə çıxış edib. 
Blinken çıxışı zamanı Rusiya-ABŞ münasibətlərinə toxunub. 
ABŞ dövlət katibi izah edib ki, Vaşinqton otuz ildir  Moskva ilə sabit əməkdaşlığı davam etdirir. Onun sözlərinə görə, təhlükəsiz və firavan Rusiya Amerikanın marağındadır: "ABŞ sizin düşməniniz deyil". 
O, həmçinin bildirib ki, ABŞ Rusiyada hakimiyyəti devirmək niyyətində deyil və ruslar öz gələcəklərini müəyyən etməlidirlər.
 

Oxşar xəbərlər