"Vaqner" rus polkovnik-leytenantı buna görə əsir götürdü
5-06-2023, 10:15
634

"Vaqner" rus polkovnik-leytenantı buna görə əsir götürdü

“Vaqner”in əsgərləri Baxmutdan geri çəkilərkən onlara atəş açan Rusiya ordusunun şəxsi heyətinin zabiti Roman Venevitini saxlayıblar.
Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin teleqram kanalında məlumat yayıb. 
Bildirilir ki, polkovnik-leytenant  hadisəni törədərkən sərxoş olub və  o “şəxsi düşmənçilik” ucbatından “Vaqnerilər”ə Baxmutdan geri çəkilərkən atəş açmağa başlayıb. 
“Şəxsi düşmənçilik zəminində sərxoş halda “Vaqner” PMK-nın maşınına atəş açmışam”, - polkovnik-leytenant etiraf edib.  
“Vaqner”in rəhbəri Yevgeni Priqojin rus polkovnik-leytenant hadisədən sonra əsir götürüldüyünü açıqlayıb.  



Oxşar xəbərlər