Ən yaxşı iPhone və iPad modellərinin adı AÇIQLANDI
5-06-2023, 10:55
539

Ən yaxşı iPhone və iPad modellərinin adı AÇIQLANDI

Real cihaz istifadəçiləri arasında aparılan soğruya əsasən, Apple smartfon və planşetlərinin ən yaxşı modellərinin reytinqini dərc ediblər.
Xarici KİV xəbər verir ki, birinci yeri orijinal iPhone SE 2016 tutub - cihaz 97,9% müsbət rəylərə malikdir. Ondan sonra iPad Air 4 (97,7%), iPhone 6s Plus (97,1%), iPhone 6s (96,7%) və ikinci nəsil iPad Pro (96,6%) gəlir.
Üst sıraya həmçinin iPhone 12 mini (95,9%), iPhone 7 (95,8%), dördüncü nəsil iPad Pro 12,9 (95,6%), ikinci nəsil iPhone SE (95,1%) və dördüncü nəsil iPad Pro 11 nəsilləri (94,8%) daxildir.
Qeyd olunur ki, rəylərin hesablanması mayın 1-dən mayın 31-dək Çində aparılıb.
Araşdırmaya görə, iPhone 12 mini istifadəçilər tərəfindən ən yüksək reytinqli müasir Apple smartfonu olub. İstifadəçilərin müsbət rəyinə baxmayaraq, şirkət 2022-ci ildə mini-smartfon istehsalından imtina edərək iPhone Plus versiyasına üstünlük verib.

Oxşar xəbərlər