ABŞ-də yanmış məbədin yerində tikilən 160 illik kilsəni bu dəfə ildırım məhv elədi
5-06-2023, 11:28
590

ABŞ-də yanmış məbədin yerində tikilən 160 illik kilsəni bu dəfə ildırım məhv elədi

Massaçusets ştatının Spenser şəhərində (ABŞ) 160 illik kilsə ildırım vurması nəticəsində yanıb.
Sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Hadisə nəticəsində zərər çəkən yoxdur.
Yanğının söndürülməsində 100-ə yaxın mütəxəssis iştirak edib. Buna baxmayaraq, alov məbədin qülləsindən birinci mərtəbəyə keçib.
Qeyd edilir ki, taxta və digər materiallardan hazırlanmış kilsə əvvəlki məbəd yandıqdan sonra 1863-cü ildə yenidən tikilmişdi. Bu ərazidə ilk məbəd 1743-cü ildə ucaldılıb.









Mənbə: Veçernyaya Moskva

Oxşar xəbərlər