Əfqanıstanda 60-a yaxın məktəbli qız zəhərləndi
5-06-2023, 13:07
1 888

Əfqanıstanda 60-a yaxın məktəbli qız zəhərləndi

Əfqanıstanda 60-a yaxın məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Hadisə ölkənin Sar-e-Pol əyalətinin Sançərək rayonunda baş verib.  Polisin məlumatına görə, naməlum şəxslər Sançərək rayonundakı qızlar məktəbinə daxil olaraq sinif otaqlarını zəhərləyiblər. Qızlar dərsə gələndə özlərini pis hiss ediblər. Sar-e-Pola polisinin sözçüsü hansı maddənin istifadə edildiyini və hadisənin arxasında kimin olduğunu açıqlamayıb.
Qeyd olunur ki, həmin əraziyə Taliban nəzarət edir. 

Oxşar xəbərlər