Sovet kinosunun ulduzu xəstəxanaya yerləşdirildi
6-06-2023, 10:51
1 429

Sovet kinosunun ulduzu xəstəxanaya yerləşdirildi

84 yaşlı RSFSR xalq artisti Lidiya Fedoseyeva-Şukşina təcili xəstəxanaya yerləşdirilib.
Məlumata görə, aktrisa Moskvadakı tibb müəssisələrinin birində müayinə olunur. Bildirilir ki, sovet kinosunun ulduzu insult keçirib və kəskin serebrovaskulyar sindromdan əziyyət çəkir.
Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina ən çox əri, rejissor Vasili Şukşinin “Kalina Krasnaya” filmindəki rolu ilə məşhurdur. Aktrisa bir çox başqa filmlərdə də rol alıb.
Mənbə: lenta.ru

Oxşar xəbərlər