İtlər üçün ən təhlükəli 6 qida
6-06-2023, 22:59
9 360

İtlər üçün ən təhlükəli 6 qida

Baytarlar itlər üçün ən təhlükəli altı məhsulu açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, kanadalı baytarların fikrincə, soğan və sarımsaq itlər üçün ən zərərli qidalar siyahısında birinci yerdədir. Bu qidalar heyvanın qırmızı qan hüceyrələrini məhv edir. Bu da anemiya, qarın ağrısı, ürəkbulanma, qusma və ishala səbəb ola bilər.
Digər təhlükəli məhsul avokadodur. Avokadonun tərkibində olan persin maddəsi itlər üçün zəhərlidir. Meyvədəki yüksək yağ tərkibi bir ev heyvanında pankreatitin inkişafına səbəb ola bilər. Baytarlar, üzümü itdən uzaq tutmağı məsləhət görürlər. Üzümün itlər üçün tam olaraq nəyin zərərli olduğu hələ məlum deyil, lakin bu, qusma, ishal, qarın ağrısı və hətta böyrək çatışmazlığına səbəb ola bilər.
Şokolad heyvanlar üçün zəhərli qidadır. Araşdırmalara görə, şokolad nə qədər tünd olarsa, itin sağlamlığına bir o qədər çox ziyan vurur.
Mütəxəssislər saqqızı da zərərli məhsullar siyahısına daxil edib. Çünki saqqızın tərkibində ksilitol dadlandırıcı var. Saqqızı udduqdan 15 dəqiqə sonra itdə qaraciyər çatışmazlığına səbəb ola bilər.

Oxşar xəbərlər