"Yaxşı müsəlman kimi görünməliyik" - "Taliban"dan saqqal qadağası
6-06-2023, 14:34
7 424

"Yaxşı müsəlman kimi görünməliyik" - "Taliban"dan saqqal qadağası

Əfqanıstanda hakimiyyətə rəhbərlik edən "Taliban" rejimi kişilər üçün yeni qadağa tətbiq edib. 
Xarici KİV xəbər verir ki, yeni qərara əsasən, kişilərin saqqal və bığlarını kəsmələri qadağan edilib. 
Herat Elm və Fəzilət Şöbəsinin rəhbəri Əbdül Rəhman açıqlamasında deyib ki, zahiri görünüş şəriətə uyğun olmalıdır: "Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik".

Oxşar xəbərlər