Nurgül Yeşilçay dostlarını sirləri ilə hədələdi
6-06-2023, 17:04
6 756

Nurgül Yeşilçay dostlarını sirləri ilə hədələdi

Türkiyənin tanınmış aktrisası Nurgül Yeşilçay özü barədə maraqlı açıqlama verib.
Sosial şəbəkə hesabında canlı yayıma çıxan aktrisa düşmənə çevrilmiş dostlarını sirləri ilə şantaj etdiyini deyib.
“Mən çox yaxşı sirr saxlayıram. Amma sən mənə sirrini açdın, sonra da bir pislik etdin, mən daha o sirri saxlamaram. Sirr yükdür. Sən mənə pislik elə, mən də sənin sirr yükünü daşıyım? Yoxdur elə şey. Danışıb, yüngülləşirəm”,- deyə aktrisa bildirib.

Oxşar xəbərlər