Yaponiyanın mərkəzində mindən çox ev sel sularının altında qaldı
7-06-2023, 10:45
611

Yaponiyanın mərkəzində mindən çox ev sel sularının altında qaldı

Yaponiyanın mərkəzindəki Şizuoka prefekturasında həftənin əvvəlindən yağan güclü yağışlar nəticəsində ən azı 1 245 evi su basıb.
Güclü yağış səbəbindən prefekturada dörd çay öz məcrasından çıxıb. Bölgədə artıq bərpa işlərinə başlanılıb. Şizuoka hakimiyyəti yağışlardan sonra torpaq sürüşməsi təhlükəsi səbəbindən yerli sakinləri ayıq-sayıq olmağa çağırıb.
Mənbə: TASS

Oxşar xəbərlər