Barışmaq üçün çağırıb GÜLLƏLƏDİLƏR
7-06-2023, 13:23
897

Barışmaq üçün çağırıb GÜLLƏLƏDİLƏR

Türkiyədə qətl hadisəsi olub.
Yerli media bildirir ki, hadisə Şanlıurfa şəhərinin Devteşti məhəlləsində baş verib. Məlumata görə, 22 yaşlı İhsan Diş ilə 3 nəfər günorta saatlarında dalaşıblar. Qarşı tərəf onunla barışmaq üçün axşam saatlarında görüş təşkil edib.
Bu zaman onlar arasında yenidən mübahisə yaranıb və İ. Diş tüfənglə vurularaq öldürülüb.
Hadisəni törədən F. A., R.A. və A.K. saxlanılıb. Araşdırma aparılır.



Oxşar xəbərlər