Azərbaycanlı biznesmen Rusiyada saxlanıldı
7-06-2023, 13:36
1 016

Azərbaycanlı biznesmen Rusiyada saxlanıldı

"Lion Centre" MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Rusiyada saxlanılıb. 
Biznesmen Rusiya vətəndaşı olan azərbaycanlı həmkarı Anar Hüseynova məxsus "Andi" MMC-nin meneceri olduğu üçün tutulub. 
Qeyd edək ki, A.Hüseynovun "Andi" MMC adlı şirkətinin istehsal etdiyi "Cənab Sidr" içkisindən 30-dan çox insan ölüb, 100-ə yaxın insan zəhərlənib. 
Qeyd edək ki, R.Aslanov indiyə qədər Çindən Azərbaycana məişət avadanlıqlarının gətirilməsi ilə tanınırdı. 
Şirkət rəhbərinin özü məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib. Onu 10 ilə qədər həbs cəzası gözləyir. 

Oxşar xəbərlər