Bakıda Zəfər paradı, İrəvanda aksiya - 29 nəfər saxlanıldı
10-12-2020, 14:29
215

Bakıda Zəfər paradı, İrəvanda aksiya - 29 nəfər saxlanıldı

İrəvanda hökumət əleyhinə aksiyalar zamanı 29 nəfər saxlanılıb.
Bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidmətinin əməkdaşı Zarzand Gabrileyan məlumat verib.

“Əldə etdiyim son məlumata görə, 29 vətəndaş saxlanılıb”,- deyə Qabrileyan qeyd edib.

Ancaq bu rəqəmin arta biləcəyi ehtimal olunur.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasının qarşısına toplaşmışdılar.

Oxşar xəbərlər