Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
9-06-2023, 12:57
675

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 213 770 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 901 tank, 7 600 zirehli maşın, 3 702 artilleriya sistemi, 599 reaktiv yaylım atəşi sistemi, 359 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 3 247 PUA, 1 171 qanadlı raket, 18 gəmi/qayıq, 6 410 avtomobil texnikası və avtosistern, 502 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər