Çay paketlərində narkotik gətirən iranlı aeroportda tutuldu
9-06-2023, 13:39
905

Çay paketlərində narkotik gətirən iranlı aeroportda tutuldu

Moskva Şeremetyevo hava limanının gömrükçüləri Rusiyaya marixuana gətirmək istəyən iranlını saxlayıb.
Yerli media xəbər verir ki, həmin şəxs narkotik vasitəni çay paketlərində gizlədərək Rusiyaya gətirməyə cəhd edib.
Narkotiklər xüsusi təyinatlı it sayəsində aşkarlanıb. Əşyalara baxış keçirilərkən məlum olub ki, marixuana 18 ədəd çay paketinin içərisində gizlədilib.\
Həmin şəxsə qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

Oxşar xəbərlər