Paşinyanın oğlunu qaçırmağa cəhd edən şəxsə 4 il həbs cəzası
9-06-2023, 16:22
6 725

Paşinyanın oğlunu qaçırmağa cəhd edən şəxsə 4 il həbs cəzası

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd etdiyi deyilən Qayane Martirosyan təqsirli bilinib. 
Erməni KİV xəbər verir ki, 44 günlük müharibədə ölən Jora Martirosyanın anası Qayane Martirosyan 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ölkəni tərk etməmək şərti ilə bir il sınaq müddəti təyin edərək cəzanı şərti olaraq tətbiq etməyib.
Martirosyan barəsində seçilmiş həbs-qətimkan tədbiri götürülüb, o, məhkəmə zalından buraxılıb.

Oxşar xəbərlər