Tokio aeroportunda 2 təyyarə toqquşub
10-06-2023, 15:00
17 042

Tokio aeroportunda 2 təyyarə toqquşub

Yaponiya paytaxtı Tokionun Haneda beynəlxalq hava limanında 2 təyyarə toqquşub.
Bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qəzanın təyyarələrin uçuş zolağına doğru hərəkət zamanı baş verdiyi bildirilib. Hadisə nəticəsində xəsarət alanlar və dəyən zərər barədə məlumat verilməyib.
Qəza hava limanında bəzi uçuşların gecikməsinə səbəb olub.

Oxşar xəbərlər