Koronavirusdan 3 ay əziyyət çəkənlərin səhhətlərinin təhlili qorxunc nəticə göstərdi
10-06-2023, 12:09
16 420

Koronavirusdan 3 ay əziyyət çəkənlərin səhhətlərinin təhlili qorxunc nəticə göstərdi

COVID-19-a uzunmüddətli məruz qalma orqanizm üçün dördüncü mərhələdəki xərçəngdən daha təhlükəlidir.
Bu barədə London Universitet Kolleci və Ekseter Universitetinin alimləri xəbərdarlıq ediblər.
Alimlər koronovirusdan aylarla əziyyət çəkməyin bədənə təsirini müəyyən edən bir araşdırma aparıblar. Onlar infeksiyadan sonra ən azı 12 həftə ərzində simptomlar qaldığı üçün klinikaya göndərilən 3750-dən çox xəstənin tibbi qeydlərini təhlil ediblər.
Pasiyentlər səhhətləri və virusun onların vəziyyətinə təsiri ilə bağlı anketlər doldurublar.
Tədqiqat iştirakçılarının 90 faizindən çoxu əmək qabiliyyətli (18-65 yaş) olub. Onların yarıdan 51 faizi əvvəlki ayda ən azı bir gün işləyə bilmədiklərini, 20 faizi isə, ümumiyyətlə, vəzifələrini yerinə yetirə bilmədiklərini qeyd ediblər. Sorğuda iştirak edənlərin təxminən dörddəüçü (71 faiz) qadınlardır.
Məlum olub ki, onların bir çoxunun vəziyyəti xərçəngin dördüncü mərhələsi və ya ağır böyrək çatışmazlığı olan xəstələrin səhhətindən daha təhlükəlidir.
İnsanların həyatına ən çox təsir edən isə yorğunluq, əzginlik olub. Alimlər bu simptomun sosial fəaliyyətdən tutmuş işə, ev işlərinə və yaxınlarla münasibətlərin saxlanmasına qədər həyatın bütün sahələrinə təsir etdiyini vurğulayıblar.
Mənbə: The Guardian

Oxşar xəbərlər