Türkiyədə raket zavodunda partlayış: 5 nəfər öldü
10-06-2023, 12:16
16 400

Türkiyədə raket zavodunda partlayış: 5 nəfər öldü

Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Anadolu agentliyi xəbər verir ki, Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib.
Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda partlayışla bağlı təhqiqat aparılır.

Oxşar xəbərlər