"Vaqner"də qadınlara yer yoxdur
10-06-2023, 14:15
15 939

"Vaqner"də qadınlara yer yoxdur

Rusiyanın “Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojin qadınlardan ibarət dəstə yaradılacağı ilə bağlı sualı cavablandırıb.
Yerli media bildirir ki, sualı verən şəxs, “tez-tez suallar qadından gəlir, bir çox qızlar qadın Vaqner qrupu yaratmaq arzusundadır. Həmçinin bu işin sizin ciddi rəhbərliyiniz altında olmasını arzulayır”, deyə bildirib.
Priqojin cavabında deyib ki, “nə qədər ki, xüsusi hərbi əməliyyat gedir, kişilər bunun öhdəsindən gəlməlidir”. Onun sözlərinə görə, indi qadınlar işə götürülmür və belə Vaqner qrupları da planlaşdırılmır, çünki bu strukturda onlara uyğun hərbi ixtisaslar yoxdur.
“Tammiqyaslı müharibə başlasa, biz bu məsələyə mütləq qayıdacayıq”, - deyə Priqojin söz verib.

Oxşar xəbərlər