Kahramanmaraşda 30 minə yaxın bina sökülməlidir
11-06-2023, 16:31
8 918

Kahramanmaraşda 30 minə yaxın bina sökülməlidir

Kahramanmaraşda 110 681 bina inşa olunacaq.
Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
"Ziyan dəymiş 558 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə 29 601 binanın söküntüsü yekunlaşmalıdır", - deyə nazir bildirib. 
Qeyd edək ki, bu ilin fevralın 6-da Türkiyənin Kahramanmaraş və 11 bölgəsində 7,7 bal gücündə güclü zəlzələlər olub.  Nəticədə 50 mindən çox insan təbii fəlakətin qurbanı olub. 

Oxşar xəbərlər