Türkiyə F-16-ları Almaniya səmasında
12-06-2023, 11:28
1 074

Türkiyə F-16-ları Almaniya səmasında

NATO tarixinin ən böyük hava təlimi bu gün Almaniyada başlayır. 
Xarici KİV xəbər verir ki, iyunun 23-də başa çatacaq Air Defender 23 (AD23) adlı təlimdə 25 ölkədən 250 təyyarə və 10 000 şəxsi heyət iştirak edir. 
Təlimlə əlaqədar olaraq mülki hava nəqliyyatının hərəkətində müəyyən fasilələr olacaq. 
Türkiyənin F-16 döyüş təyyarələri də Almaniyanın şimalındakı Jagel/Hohn hava bazasında yerləşdirilib. 

Oxşar xəbərlər