Dünya
11-12-2020, 09:43
226
Teleaparıcı qadın silahlılar tərəfindən qətlə yetirilib
Əfqanıstanın şərqində televiziya aparıcısı silahlı şəxslər tərəfindən güllələnib.
Bakıtv.az xarici mediaya istinadən xəbər verir ki, teleaparıcı Malala Mayvand Nanqarhar əyalətindəki evindən çıxan zaman silahlılar onun olduğu avtomobilə atəş açıb.
Mayvand televiziya və radio aparıcısı olmaqla yanaşı, həm də əfqan qadın və uşaqların hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan bir fəal olub.
Qətlin məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Bölgədə “Taliban” hərəkatı da aktivdir.