Dünya
12-06-2023, 14:32
948
Təyyarə ilə səyahət niyə təhlükəli və bahalıdır?
Alimlər hava səyahətinin niyə daha təhlükəli və bahalı olduğunu izah ediblər.
Dünyada ən populyar nəqliyyat növü hava səyahətidir. Çünki bu səyahət etməyin ən sürətli və ən etibarlı yoludur.
Lakin son illər iqlim böhranı ilə əlaqədar vəziyyət dəyişib, hava nəqliyyatı daha təhlükəli və bahalaşıb. Belə ki, son 40 ildə atmosfer turbulentliyi 17-55 faiz artıb. Yəni indi təyyarələr bir il ərzində turbulentlik zonasında təxminən 27 saat vaxt keçirirlər və məsələn, 1979-cu ildə bu rəqəm cəmi 18 saat idi.
İqlim dəyişikliyi ilə güclənən turbulentlik səbəbindən uçuşlar getdikcə çətinləşir və səyahətçilər üçün daha da təhlükəli olur. Aviaşirkətlər isə bu problemlə necə məşğul olmaq barədə düşünməli olacaqlar. Çünki bu, sənaye üçün mənfi nəticələrə gətirib çıxara bilər. Məsələn, ABŞ-da aviadaşıyıcıların təhlükəli ərazilər ətrafında uçmaq üçün marşrutunu dəyişməli olması səbəbindən ildə təxminən 150-500 milyon dollar itirilir.
Alimlər həmçinin qeyd ediblər ki, iqlim yüksək hündürlükdə reaktiv axınları sürətləndirir. Buna görə də uçuşun müddəti artır.