Dünya
12-06-2023, 14:42
917
Sevgilisinin boğazını kəsdi, meyitini parçalayıb yandırdı
Xakasiyada dəhşətli cinayət baş verib.
Xarici media bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, evlərdən birində sobada qadının qalıqları tapılıb.
İstintaqla müəyyən edilib ki, Askiz rayonu, Askiz kəndinin 37 yaşlı sakini polisə gələrək 28 yaşlı birgə yaşadığı qadının itkin düşməsi barədə məlumat verib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qadının itkin düşməsinin cinayət xarakterini göstərən izlər aşkar ediblər.

Polis kişinin evində axtarış apararaq orada qan izləri, həmçinin bioloji mənşəli izləri olan mişar tapıb. Dəlillərin təzyiqi altında kişi partnyorunu qətlə yetirdiyini etiraf edib.
O bildirib ki, onunla sevgilisi arasında mübahisə yaranıb - o, onu həddindən artıq içki içməkdə ittiham edib. Kişi bıçağı götürərək partnyorunun boynundan bıçaqlayıb. Qadın yerindəcə keçinib. Qətlin izlərini gizlətmək üçün təcavüzkar onun cəsədini mişarla parçalayıb və sobada yandırıb.

İstintaq zamanı aparılan DNT ekspertizası mişarda tapılan bioloji mənşəli nümunələrin itkin düşən qadına aid olduğunu göstərib.
Təqsirləndirilən şəxs nəzarətə götürülüb.