Ruslara işləyən agent həbs edildi
12-06-2023, 17:14
5 984

Ruslara işləyən agent həbs edildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü üzə çıxan 52 yaşlı kişini saxlayıb. 
Xarici KİV xəbər verir ki, saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan bir qrupun üzvü olduğu bildirilib.
"Sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib", - SBU-nun məlumatında qeyd olunub. 
Agent həbs edilib. Cinayətkarı ömürlük həbs cəzası gözləyir.

Oxşar xəbərlər